AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Amerikalı alimlər Günəş enerjisini kosmosdan Yer kürəsinə uğurla ötürə biliblər

05.06.2023 / Maraqlı məlumatlar

Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri dünyada ilk dəfə Günəş enerjisinin kosmosdan Yer kürəsinə uğurla ötürüldüyünü elan ediblər. Belə ki, bunun üçün nəzərdə tutulmuş təcrübi orbital platforma mikrodalğalı şüalanmanı institutun Pasadena şəhərindəki kampusunda yerləşən laboratoriyanın damındakı qəbulediciyə ötürüb. Kaliforniya Texnologiya İnstitutunda hazırlanmış SSPD-1 (Space Solar Power Demonstrator) adlı 50 kq-lıq cihaz bu ilin yanvar ayında SpaceX-in Transporeter-6 adlı faydalı yük paketi çərçivəsində kosmosa göndərilmişdi.

 

Sözügedən cihaz 3 moduldan ibarətdir və hər bir modul Günəş enerjisinin yığılaraq kosmosdan Yer kürəsinə ötürülməsi ilə bağlı olan bu və ya digər texnologiyanın test edilməsi üçün nəzərdə tutulub. Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri cihazda olan MAPLE adlı modulun uğurlu şəkildə testdən keçdiyini elan ediblər. Sözügedən modul Günəş enerjisini yığandan sonra onu mikrodalğalı şüalanmaya çevirir və daha sonra mikrodalğalı şüalanmanı anten vasitəsilə Yer kürəsinə ötürür. Bununla yanaşı MAPLE modulunun özündə enerjinin naqilsiz qəbuledicisi və ötürücüsü də quraşdırılıb.

 

Uğurla reallaşdırılmış bu təcrübə sözügedən texnologiyanın kosmosda çalışma imkanını sübut edib. Günəş elementləri vasitəsilə yığılmış enerji modulun bir divarından digərinə ötürülüb. Bunu modul daxilində yanıb-sönən diod işıqları vasitəsilə müşahidə etmək mümkün olub. Yer kürəsinə ötürülmüş və nəticədə qəbul edilmiş enerji hətta diod işıqlarının yanması üçün belə kifayət etməyib. Lakin indiki mərhələdə bunun elə də böyük əhəmiyyəti yoxdur. Əsas olan odur ki, texnologiyanın çalışma prinsipi praktiki cəhətdən uğurla yoxlanılıb. SSPD-1-də olan digər iki modul da Günəş enerjisinin yığılaraq ötürülməsinin müşahidə edilməsi üçün çox vacibdirlər. 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi