
“Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans (PCI`2023) keçiriləcək

28-30 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans (PCI`2023) keçiriləcəkdir.
Konfransın təşkilatçıları İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və ADA Universitetidir. Konfransın tərəfdaşları AR Elm və Təhsil Nazirliyi, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasıdır.
2006-cı ildən Bakı şəhərində silsiləvi şəkildə keçirilən beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək kibernetika və informatika sahələrində mövcud elmi və praktiki problemləri müzakirə etməkdir.
Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:
- Optimallaşdırma və optimal nəzarət;
- Riyazi modelləşdirmə, parametrik identifikasiya və tərs məsələlər;
- Ədədi üsullar və hesablama texnologiyaları;
- Texniki və sosial-iqtisadi sistemlərdə qərarların qəbulu;
- Neft və qaz hasilatı, emalı, nəqli proseslərinin modelləşdirilməsi və idarə edilməsi;
- İntellektual sistemlər;
- Nümunələrin tanınması sistemləri və üsulları;
- Stokastik və qeyri-səlis qərar qəbuletmə modelləri;
- İnformasiya-kommunikasiya texnologiyaları və onların tətbiqi.
Hibrid formatda keçiriləcək tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
Konfransın işçi dili: ingilis dili
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: