AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktika kəşf edilib

14.03.2024 / Maraqlı məlumatlar

27 alimdən ibarət beynəlxalq qrup erkən kainatda bir-biri ilə birləşmiş ilk cüt qalaktikanı kəşf ediblər. Məlumatda qeyd edilib ki, sözügedən kosmik hadisə Böyük partlayışdan 510 milyon il sonra baş verib. Kainatın həmin zaman aralığında adi qalaktikaların kəşf edilməsi belə çox qəliz məsələdir. Alimlər isə bir-biri ilə birləşmiş ilk cüt qalaktikanı kəşf ediblər. Bu, kosmos barəsində mövcud anlayışın sərhədindən o tərəfində yerləşən bir faktdır. Qeyd etmək lazımdır ki, bu kəşfin edilməsində əsas rolu James Webb kosmik teleskopu oynayıb. Alimlər əldə etmiş olduqları fotoda iki cavan ulduzun toqquşmasının əks olunduğunu güman edirdilər.

James Webb-də olan NIRSpec qurğusu vasitəsilə aparılmış spektral analiz onu göstərib ki, toqquşmuş ulduzların yaşları təqribi olaraq 120 milyon il təşkil edir. Obyektin növbəti analizləri sayəsində məlum olub ki, fotoda əslində bir-biri ilə birləşən iki qalaktika əks olunub. Bir-biri ilə birləşən qalaktikalardan biri cavan, digəri isə yüksək kütləli daha qədim qalaktikadır. Fotoda birləşən iki qalaktikanın əks olunması faktını həmçinin birləşmə prosesi nəticəsində yaranan quyruq da sübut edir. Adətən qalaktikaların birləşməsi zamanı maddənin və ya ayrıca ulduzların kosmosa quyruq kimi atılması adi haldır. Kəşf edilmiş bu hadisənin ən diqqət çəkən tərəfi ondadır ki, qalaktikalardan biri öz inkişafı üçün yetəri zamana sahib olmayıb. 

technote.az

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi