AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun parlaq ifadəsidir

19.03.2024 / Mühüm xəbərlər

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP 29 Azərbaycanın ev sahibliyi edəcəyi daha bir mühüm beynəlxalq tədbirdir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir.

Bu fikirləri AzərTac-a açıqlamasında sessiyanın keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin üzvü, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova söyləyib. O bildirib ki, COP 29 ərəfəsində 10 minlərlə xarici nümayəndə, yüzdən çox ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli rəsmi qonaqlar ölkəmizə gələcək, iki həftə ərzində bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək.

“COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi bu ölkələrin öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlamasının və ətraf mühit məsələlərinə həssas yanaşmasının göstəricisidir”, - deyən icraçı direktor bu platformada müasir çağırışların, sülh və iqlim dəyişikliyinin, alternativ enerji və “yaşıl” dünya ilə bağlı məsələlərin geniş müzakirə olunacağını diqqətə çatdırıb.

Mehriban İmanovanın sözlərinə görə, COP 29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

“Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçidin təməli təqribən 20 il əvvəl qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən investisiyanın ayrılmasına xüsusi diqqət göstərilməsilə qoyulub”, - deyən icraçı direktor qeyd edib ki, bu gün artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir və ölkəmiz günəş və külək kimi təbii mənbələrdən enerji istehsalını ildən-ildə artırmağa davam edir.

Mehriban İmanova COP 29-la bağlı Azərbaycandan böyük gözləntilərin olduğunu, habelə tədbirin yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif təbəqələrinin səfərbər edildiyini deyib. Bildirib ki, tədbirin müstəsna əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi bir qədər genişləndirilib. Faktiki olaraq Təşkilat Komitəsində gender balansı tam təmin olunub. COP 29 Təşkilat Komitəsinin tərkibinin 44 faizini qadınların təmsil etməsi Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət və etimadının göstəricisidir.

Təşkilat Komitəsinin üzvü Azərbaycanın COP 29-un da öhdəsindən layiqincə gələcəyinə inamını ifadə edib, bu tədbirin ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə yanaşı, Azərbaycanın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcəyini deyib. Mehriban İmanova Bakının ev sahibliyi edəcəyi bu mötəbər tədbirdən sonra Azərbaycanın ətraf mühit məsələləri üzrə dünya gündəmində uzun müddət qalacağına əminliyini bildirib.

 
 
 
Tweet
ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 14.05.2025
    2025-ci il üçün doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi