HORİZON 2020 Proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin onlayn görüşü keçirildi
17.04.2020 / XəbərlərAMEA Rəyasət Heyəti aparatı Xarici əlaqələr idarəsinin HORİZON 2020 Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) üzvləri ilə növbəti onlayn görüşü keçirilib. Görüşdə hazırki xüsusi karantin vəziyyətində MƏŞŞ üzvlərinin fəaliyyətinin webinarlar yolu ilə davam etdirilməsi üzrə müzakirələr aparılıb. İlk webinarın bu günün aktual problemi olan COVİD-19 pandemiyası ilə əlaqəli tibbi araşdırmalara həsr olunması qərara alınıb.