AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

PCI 2023-ün Təşkilat komitəsinə müxtəlif ölkələrdən iştirak etmiş alimlər tərəfindən təşəkkür məktubları ünvanlanır

05.09.2023 / Mühüm xəbərlər

 Bildiyiniz kimi, 28-30 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ), İnformasiya Texnologiyaları İnstitutu və  ADA Universitetinin təşkilatçılığı ilə “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda keçirilən 5-ci beynəlxalq konfrans (PCI`2023) öz işini uğurla başa çatdırmışdır.

 

Hibrid formatda keçirilən tədbirdə Türkiyə, Polşa, ABŞ, İngiltərə, Gürcüstan, Rusiya, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimləri tərəfindən kibernetika və informatika üzrə müxtəlif problemlərin həlli istiqamətində birgə diskusiyalar aparılmış, səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur.

 

Beynəlxalq elmi ictimaiyyətin böyük marağına səbəb olan konfransın Təşkilat komitəsinə müxtəlif ölkələrdən iştirak etmiş alimlər tərəfindən təşəkkür məktubları ünvanlanır. Belə ki, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru,  Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü Yedilkhan Amirgaliyevin məktubunu sizlərə təqdim edirik:

 

“Hörmətli həmkarlar, dostlar!

 

 Bildiyimiz kimi, gözəl və günəşli Bakı şəhərində baş tutan “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda keçirilən 5-ci beynəlxalq konfrans (PCI`2023) uğurla başa çatıb. Vətənə (Almatı) qayıtdıqdan sonra mən Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, ABŞ və digər ölkələrin alimlərinin maraqlı məruzələrini yenidən təhlil etdim. Əminliklə deyə bilərik ki, konfrans müvəffəqiyyətlə təşkil olundu, plenar iclas və seksiyalar böyük marağa səbəb oldu. Konfransın Təşkilat və Proqram komitələrinin işini yüksək qiymətləndirir, təqdim edilmiş məruzələri bu sahədə yeni tədqiqatların aparılması üçün əhəmiyyətli hesab edirik.

 

Düşünürük ki, konfrans müxtəlif ölkələrdən qatılan alimlər arasında elmi əlaqələrin inkişafı baxımından böyük rol oynayacaq. Konfrans çərçivəsində Qazaxıstan nümayəndə heyəti ilə azərbaycanlı alimlər arasında baş tutan rəsmi və qeyri-rəsmi görüşlərdə gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi müsbət nəticələr verəcək.

 

Sözügedən konfransda İdarəetmə Sistemləri İnstitutu və tərəfdaşları gələcəkdə müxtəlif ölçülü elmi forumların keçirilməsi üçün böyük potensial nümayiş etdirdilər. Mən də öz növbəmdə Qazaxıstanda elmin idarə edilməsinin inkişafındakı yeniliklərdən danışdım. Elmdə tətbiq edilən yeniliklər qazax alimlərinə başqa ölkələrin alimlərilə daha dinamik elmi əməkdaşlıq etməyə imkan verir. Necə deyərlər, “Sərhədsiz elm” məkanı yaranır.

 

Sonda bir daha deyə bilərəm ki, konfransa dəvət etdiyiniz üçün çox sağ olun. Qonaqpərvərliyə və iştirakçılar üçün yaradılmış gözəl şəraitə görə sizlərə təşəkkür edirəm”.

 

Hörmətlə,

Yedilkhan Amirgaliyev

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi